Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda ekoloji maarifləndirmə və təkrar emal mədəniyyətinin formalaşdırılması istiqamətində tədbir keçirilib

25 sentyabr 2026 | 15:17
“Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 4.8-ci bəndinin “İstifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi” istiqaməti üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Ağdam rayonunda ekoloji maarifləndirmənin gücləndirilməsi, təbii sərvətlərdən səmərəli istifadə olunması, tullantıların azaldılması və təkrar emal mədəniyyətinin formalaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, 25 sentyabr 2026-cı il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik” prinsiplərinin təbliğinə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.
Tədbir zamanı iştirakçılara istifadə olunmuş kağızların ayrıca toplanması, onların təkrar emal müəssisələrinə təhvil verilməsinin ətraf mühitin qorunmasında əhəmiyyəti, kağız israfının qarşısının alınması və kağızdan səmərəli istifadə olunmasının vacibliyi barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, kağızın təkrar emalı meşə ehtiyatlarının qorunmasına, xammal və enerji sərfiyyatının azalmasına, tullantıların həcminin minimuma endirilməsinə və ətraf mühitə antropogen təsirin azaldılmasına mühüm töhfə verir.
Maarifləndirici tədbirdə, həmçinin elektrik enerjisindən qənaətlə istifadə, istifadə olunmayan elektrik avadanlıqlarının söndürülməsi, işıqlandırma sistemlərindən səmərəli yararlanılması, enerjiyə qənaət edən texnologiyaların tətbiqinin genişləndirilməsi və enerji resurslarına məsuliyyətli münasibətin formalaşdırılması ilə bağlı tövsiyələr verilmişdir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, ətraf mühitin mühafizəsi yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın, idarə, müəssisə və təşkilatın gündəlik fəaliyyətində riayət etməli olduğu mühüm məsuliyyətdir. Bu baxımdan, iş yerlərində kağızdan qənaətlə istifadə olunması, mümkün hallarda sənədlərin elektron formada hazırlanması, istifadə olunmuş kağızların çeşidlənərək ayrıca toplanması və təkrar emala yönəldilməsi istiqamətində tədbirlərin davam etdirilməsi məqsədəuyğundur.
Bununla yanaşı, iştirakçılara tullantıların düzgün idarə olunması, ətraf ərazilərin təmiz saxlanılması, yaşıllıqların qorunması, ağac və bitkilərə qayğı göstərilməsi, təbii ehtiyatlardan səmərəli istifadə olunması və ekoloji davranış qaydalarına əməl edilməsinin vacibliyi izah edilmişdir.
Tədbirdə ekoloji maarifləndirmənin davamlı xarakter daşımasının, xüsusilə əhali arasında tullantıların çeşidlənməsi və təkrar emal vərdişlərinin formalaşdırılmasının, kağız və digər resurslardan qənaətlə istifadə edilməsinin ətraf mühitin mühafizəsinə mühüm təsir göstərdiyi qeyd edilmişdir.
Eyni zamanda, idarə, müəssisə və təşkilatlarda ekoloji məsuliyyətin artırılması, işçilərin bu istiqamətdə maarifləndirilməsi, enerji və digər resurslardan səmərəli istifadə olunması, tullantıların minimuma endirilməsi və təkrar emala yararlı materialların ayrıca toplanması ilə bağlı müvafiq işlərin davam etdirilməsi tövsiyə olunmuşdur.
Keçirilmiş tədbirin əsas məqsədi ekoloji şüurun və məsuliyyətin artırılması, kağız və enerji israfının qarşısının alınması, təkrar emalın təşviqi, təbii sərvətlərin qorunması, ətraf mühitin çirklənməsinin azaldılması və əhali arasında “yaşıl” həyat tərzinin formalaşdırılmasına dəstək göstərilməsi olmuşdur.
Keçidlər