Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirilmə və məlumatlandırılma məqsədi ilə monitorinq aparılmışdır

27 iyul 2023 | 17:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 22 iyul 2022-ci il tarixdə “2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası”nın təsdiq edilməsi haqqında 3378 nömrəli Sərəncam imzalamışdır. Həmin Strategiyanın 3.3.7.4 (Əhalinin yaş kateqoriyaları,sosial-iqtisadi və gender amillərinə uyğun olaraq,sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı vəziyyətin müntəzəm monitoriniq və qiymətləndirilməsi) bəndinin icrası ilə bağlı Ağdam Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun olaraq, sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı  maarifləndirilmə və məlumatlandırılma məqsədi ilə monitorinq aparılmışdır. Monitorinq çərçivəsində Ağdam  Rayon İcra Hakimiyyəti əməkdaşları, idarə, müəssisə və təşkilatlarda, həmçinin Quzanlı qəsəbəsində yerləşən 689 saylı köçkün qəsəbəsində olmuş, sakinlərlə müvafiq söhbətlər aparmış, sağlam həyat tərzinə dair maarifləndirici söhbətlər aparmışlar.

 

Keçidlər