Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib

22 noyabr 2022 | 15:16

22 noyabr 2022-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, RİH aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri və ədliyyə işçiləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə etmişlər. Ağdam Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısından, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarından, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyə sisteminin inkişaf etməsindən, onun normativ bazasının daha da təkmilləşdirilməsindən bəhs edib. Sonda bir qrup ədliyyə işçisinə RİH başçısı tərəfindən Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

Keçidlər