Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatın müzakirəsi ilə bağlı tədbir keçirilib

04 fevral 2025 | 16:18
Ağdam Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair tərtib edilmiş illik hesabatın müzakirəsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, aparatın əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər.
Tədbir iştirakçılarına dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə məlumat verilmiş, həmçinin 2024-cü ildə dövlət qulluqçularının qiymətləndirlməsinə dair hazırlanmış hesabat müzakirə olunmuş, növbəti 2025-ci il üçün dövlət qulluqçularına tövsiyyələr verilmişdir.
Keçidlər