Ağdamda Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı tədbir keçirilib
Ağdam Rayon İcra Hakimiyyətində "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” və dövlət qulluqçularının qiymətləndirilməsinə dair tərtib edilmiş illik hesabatın müzakirəsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və digər dövlət qulluqçuları iştirak etmişlər.
Tədbir iştirakçılarına dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə məlumat verilmiş, həmçinin 2022-ci ildə dövlət qulluqçularının qiymətləndirlməsinə dair hazırlanmış hesabat müzakirə olunmuşdur.