Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda dövlət qulluqçuları üçün təlim keçirilib

20 oktyabr 2026 | 14:41
20 oktyabr 2026-cı il tarixində Ağdam rayon Heydər Əliyev Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları üçün “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi” mövzusunda təlim keçirilib.
Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları, Ağdam Rayon İcra Hakimiyyətində, eləcə də rayon ərazisində müxtəlif vəzifələrdə çalışan dövlət qulluqçuları iştirak ediblər.
Təlim zamanı dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar müzakirə olunub.
Qarşılıqlı diskussiya şəraitində keçən təlim dövlət qulluqçularının bilik və təcrübələrinin artırılması, eləcə də müvafiq sahədə aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyət kəsb edib.
Keçidlər