Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda dövlət qulluqçuları üçün növbəti təlim keçirilib

22 oktyabr 2026 | 14:00
22 oktyabr 2026-cı il tarixində Ağdam rayon Heydər Əliyev Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib.
Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları, Ağdam Rayon İcra Hakimiyyətində, eləcə də rayon ərazisində müxtəlif vəzifələrdə çalışan inzibati vəzifə tutan dövlət qulluqçuları iştirak ediblər.
Təlim çərçivəsində səmərəli ünsiyyətin qurulması, aktiv dinləmə, fikirlərin aydın və düzgün ifadə olunması, mürəkkəb ünsiyyət situasiyalarında düzgün yanaşmanın seçilməsi, eləcə də vətəndaşlarla münasibətlərdə etik davranış qaydalarının əhəmiyyəti barədə məlumat verilib.
İnteraktiv müzakirələr və praktiki tapşırıqlar vasitəsilə iştirakçıların mövzu ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsinə diqqət yetirilib. Eyni zamanda, dövlət qulluqçularının gündəlik xidməti fəaliyyətində qarşılaşdıqları ünsiyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Keçidlər