Ağdamda dövlət qulluqçuları təlimatlandırılıb
09 yanvar 2023 | 11:22
Ağdam Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim keçirilib. Təlimdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak edib.
Təlim iştirakçılarına dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə məlumat verilmişdir.