Ağdamda dövlət qulluqçuları təlimatlandırıldı
22 aprel 2024 | 14:25
17-18-19 aprel 2024-cü il tarixlərində Ağdam Dövlət Dram teatrının inzibati binasında Rayon İcra Hakimiyyətinin və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə dövlət qulluqçularına “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə", "Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” , “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzularında təlimlər keçirilib. Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları , Ağdam rayon İcra Hakimiyyətində və rayon ərazisində müxtəlif vəzifələrdə çalışan dövlət qulluqçuları iştirak etmişlər. Təlim qarşılıqlı diskussiya şəklində davam etmişdir.