Ağdamda dövlət qulluqçuları növbəti dəfə təlimatlandırılıb
10 oktyabr 2025 | 17:21
10 oktyabr 2025-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə dövlət qulluqçularına “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzusunda təlim keçirilib. Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları, Ağdam Rayon İcra Hakimiyyətində və rayon ərazisində müxtəlif vəzifələrdə çalışan dövlət qulluqçuları iştirak etmişlər. Təlim qarşılıqlı diskussiya şəklində davam etmişdir.






