Ağdamda Dövlət Bayrağı Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib
09 noyabr 2022 | 15:32
09 noyabr 2022-ci il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, müəssisə, təşkilat rəhbərləri, qazilər və rayon ziyalıları iştirak etmişlər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edənlər əlamətdar günün mahiyyətindən , təsis edilməsindən və ölkəmizdə dövlət rəmzlərinə olan yüksək ehtiramdan geniş söhbət açmışlar.