Ağdamda Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına cəlb edilmiş dövlət qurumlarının nümayəndələri üçün “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda maarifləndirici seminar keçirilib
14 avqust 2025-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına cəlb edilmiş dövlət qurumlarının nümayəndələri üçün “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda maarifləndirici seminar keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı baş tutan tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşları iştirak etmişlər. Qarşılıqlı fikir mübadiləsinin aparıldığı seminarın məqsədi azad edilmiş ərazilərə qayıdış prosesində vətəndaş iştirakçılığının təşkili və gücləndirilməsi ilə bağlı praktiki bilik və təcrübələrin paylaşılması olub. Tədbirdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdışın ölkəmizin tarixində misilsiz hadisə olduğu, doğma yurda geri dönən həmvətənlərimizin təhlükəsiz yaşayışı və iqtisadi fəaliyyətə inteqrasiya üçün zəruri iş aparıldığı bildirilib.






