Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən şəhid Mirzəyev Məmməd Hüseyn oğlunun dəfn mərasimi baş tutub

15 iyul 2024 | 07:38

15 iyul 2024-cü il tarixdə Quzanlı qəsəbəsində Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən şəhid Mirzəyev Məmməd Hüseyn oğlunun dəfn mərasimi baş tutub. İlk öncə Ağdam Dövlət Dram Teatrının qarşısında hərbi orkestrin müşayiəti ilə vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Cənazə namazından sonra şəhid yaylım atəşinin sədaları altında Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb.
1967-ci ildə Ağdam rayonunun Güllücə kəndində anadan olan Mirzəyev Məmməd Hüseyn oğlu Birinci Qarabağ müharibəsində Xocavənd cəbhəsində gedən döyüşlərdə iştirak edib. 1992-ci il fevralın 17-də itkin düşüb.

Keçidlər