Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sambo güləşi üzrə açıq respublika turniri keçirilib

21 iyun 2026 | 18:27

21 iyun 2026-cı il tarixində Ağdam Olimpiya İdman Kompleksində Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Sambo Federasiyasının və Qarabağ Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidləri Əhliman Ağayev və Sənan Rüstəmovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sambo güləşi üzrə açıq respublika turniri keçirilib. Turnirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, şəhid ailələri, qazilər, Azərbaycan Sambo Federasiyasının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Turnir əvvəlcə Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən RİH başçısının müavini Xəqani Nəzərov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılara yaradılmış şəraitdən bəhs edərək yarış iştirakçılarına uğurlar arzulamışdır.Yarışın sonunda qaliblər mükafatlandırılmışdır.

Keçidlər