Ağdamda Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş sambo güləşi üzrə açıq respublika turniri keçirilib
06 may 2023-cü il tarixdə Ağdam Olimpiya İdman Kompleksində Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Sambo Federasiyasının təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidləri Əhliman Ağayev və Habil Qasımovun xatirəsinə həsr olunmuş sambo güləşi üzrə açıq respublika turniri keçirilib. 18 komandada 2007-2009-cu il təvəllüdlü 120-dən çox idmançının qatıldığı tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, şəhid ailələri, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Azərbaycan Sambo Federasiyasının , rayonun hüquq mühafizə orqanlarının rəhbərliyi, qazilər, veteran idmançılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Turnir əvvəlcə Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılara yaradılmış şəraitdən bəhs edərək yarış iştirakçılarına uğurlar arzulamışlar.Yarışın sonunda qaliblər mükafatlandırılmışdır.