Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi yad edilib

13 may 2022 | 18:05
Ağdamda Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi yad edilib
13 may 2022-ci ildə rayonun Quzanlı qəsbəsində yerləşən Heydər Əliyev mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, “Ağdam Polis Alayı “ şəhid ailələri və qazilər İctimai Birliyinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidləri Ələkbərov Saleh Surxay oğlunun və Mustafayev Fikrət Məhərrəm oğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları,hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.Tədbir iştirakçıları əvvəlcə “Şəhidlər” abidə kompleksini və Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, hər iki abidə önünə gül dəstələri düzmüşlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər çıxış edərək ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışmş, qəhrəman şəhidlərimizin keçdiyi döyüş yolundan bəhs etmişlər.
Keçidlər