Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Asif Pirməmməd oğlunun xatirəsinə həsr olunmuş “Bir Bahar günü ” sənədli filminin və eyni adlı kitabın təqdimat mərasimi baş tutub

28 oktyabr 2023 | 13:05

28 oktyabr 2023-cü il tarixdə Ağdam Muğam Mərkəzində Vətən Eşqi layihəsinin rəhbəri, yazıçı Atlas Xanlarqızının təşkilatçılığı ilə çəkilmiş Birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Asif Pirməmməd oğlunun xatirəsinə həsr olunmuş “Bir Bahar günü ” sənədli filminin və eyni adlı kitabın təqdimat mərasimi baş tutub. Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilmiş tədbirdə şəhidin ailə üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, filmin yaradıcı heyəti və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov açaraq iştirakçıları salamlamış, şəhid Asif Məmmədovun keçdiyi şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs etmişdir. Şəhidin oğlu Canqar Məmmədov çıxış edərək filmin və kitabın ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir. Çıxışlardan sonra film tədbir iştirakçılarına təqdim edilmişdir.

Keçidlər