Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Azərbaycan Bayrağı” ordenli əməkdar jurnalist, “Ağdam” qəzetinin redaktoru Baxşeyiş Abbasoğlunun 60 illik yubileyi qeyd edilib

15 fevral 2023 | 18:53

15 fevral 2023-cü il tarixdə Ağdam Muğam Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycan Bayrağı” ordenli əməkdar jurnalist, “Ağdam” qəzetinin redaktoru, “Qızıl qələm” və “Vətən” media mükafatları laureatı Baxşeyiş Abbasoğlunun 60 illik yubileyi qeyd edilib. Yubiley mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri, yubilyarın döyüş yoldaşları və qələm dostları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının, Ulu öndər Heydər Əliyevin və Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Baxşeyiş Abbasoğlunun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər yubilyarın şərəfli döyüş yolundan və mətbuat sahəsindəki xidmətlərindən geniş söhbət açmışlar. Tədbirin gedişində Baxşeyiş Abbasoğluna ünvanlanmış təbrik məktubları oxunub, müəllifi olduğu şeirlər səsləndirilib. Baxşeyiş Abbasoğlu Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən fəxri fərmanla təltif olunub. Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirmişdir.

Keçidlər