Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Aşıq Valehin 300 illik yubileyinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

28 dekabr 2022 | 18:52

28 dekabr 2022-ci ildə Ağdam Muğam Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olmuş Aşıq Valehin 300 illik yubileyinə həsr edilmiş “Qarabağdan səfər etdim” adlı kitabın təqdimat mərasimi keçirilib. Mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, kitabın müəllifi Almara Nəbiyeva, AMEA-nın Folkor institutunun, Aşıqlar Birliyinin üzvləri, Aşıq Valeh nəslinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Əməkdar Mədəniyyət işçisi, yazıçı-publisist Mustafa Çəmənlinin moderatorluğu ilə baş tutan tədbirdə çıxış edən natiqlər Azərbaycanda aşıq sənətinin inkişafına göstərilən dövlət qayğısından, Qarabağın ustad sənətkarı Aşıq Valehin həyat və yaradıcılığından geniş şəkildə bəhs etmişlər. Tədbirin bədii hissəsində aşıqlar tərəfindən ustad sənətkarın sözlərinə yazılmış mahnılar və aşıq musiqiləri iştirakçılara təqdim edilmişdir. Mərasimin sonundan RİH başçısı Vaqif Həsənov tərəfindən qonaqlara təşəkkürnamələr təqdim edilib.

Keçidlər