Ağdamda aprel döyüşləri şəhidi, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş Cüdo idman növü üzrə açıq turnir keçirilib
13 iyul 2024-cü il tarixdə Ağdam Olimpiya İdman Kompleksində aprel döyüşləri şəhidi, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş Cüdo idman növü üzrə yeniyetmələr arasında açıq turnir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi, Ağdam Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə baş tutan turnirdə şəhidin ailə üzvləri, Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və idmançılar iştirak etmişlər. Turnirin açılış mərasimində Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sağlam mübarizə ilə yekunlaşan yarışda qaliblərə və tədbirin təşkilinə göstərdiyi dəstəyə görə fəxri qonaqlara Ağdam Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Kazımov tərəfindən diplomlar təqdim edilib.
Tədbirin sonunda şəhidin ailə üzvləri təşkilatçılara və iştirakçılara minnətdarlıqlarını bildirmişlər.