Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda ağacəkmə aksiyası keçirilib

11 noyabr 2022 | 18:36

11 noyabr 2022-ci il tarixdə Ağdam rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib. Bayraq meydanında təşkil olunmuş aksiyada Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, aparatın əməkdaşları, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak etmişlər. Aksiya çərçivəsində “Şəhidlər” abidə kompleksinin və Bayraq meydanının ətrafında şam, akasiya, cökə və tut ağacları əkilmişdir.

Keçidlər