Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

07 mart 2023 | 18:51

07 mart 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və rayonun müxtəlif sahələrdə çalışan qadın əməkdaşları iştirak etmişlər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının, Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Azərbaycan qadınlarının keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmələrindən, bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətlərindən geniş bəhs etmişlər.

Keçidlər