Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd edilib

05 oktyabr 2023 | 15:20
5 oktyabr 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Qarabağ Regional Təhsil İdarəsinin Ağdam Rayon Təhsil Sektorunun müdiri Tahir Abbasov, rayonun ümumtəhsil, orta ixtisas və peşə təhsil müəssisələrinin rəhbərləri, məllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən natiqlər ölkəmizdə müəllimlər gününün 1993-cü ildən qeyd edilməyə başlanmasından, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə müəllim əməyini yüksək qiymətləndirməsindən, dövlət başçısı İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərin uğurla yerinə yetirilməsindən bəhs etmişlər.
Tədbirin sonunda bir qrup təhsil işçisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.
Keçidlər