Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş anım tədbiri keçirilib

29 mart 2024 | 12:08

29 mart 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “31 Mart- Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş anım tədbiri keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Allahverən Əliyev, başçının müavini- İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəqani Nəzərov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak etmişlər. Tədbir soyqırım qurbanlarının, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir. Çıxış edənlər Birinci Dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələrinin birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoymalarından, 31 mart tarixinin iki dəfə - 1919 və 1920-ci illərdə Cümhuriyyət hökuməti tərəfindən ümummilli matəm günü kimi qeyd edilməsindən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilməsindən, Prezident İlham Əliyevin hücum diplomatiyası xəttini elan etməsindən sonra Azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görülməsindən bəhs etmişlər.

Keçidlər