Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda 28 May-Müstəqllik Günü münasibətilə dəyirmi masa təşkil edilib

27 may 2024 | 14:49

27 may 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində 28 May-Müstəqllik Günü münasibətilə dəyirmi masa təşkil edilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak etmişlər. Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir. Çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq kimi sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olmasından, Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ildə Cümhuriyyətimizin 80 illik yubileyinin keçirilməsindən, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə “İstiqlal bəyannaməsi” abidəsinin ucaldılnasından, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalanmasından və bu tarixi hadisə münasibətilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunmasından bəhs etmişlər.

Keçidlər