Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib

17 yanvar 2023 | 12:04

17 yanvar 2023-cü il tarixdə "Heydər Əliyev ili" çərçivəsində Ağdam Rayon Heydər Əliyev Mərkəzində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin və YAP Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Əvvəlcə Ulu öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev və digər natiqlər 20 yanvar hadisələri baş verən zaman Moskvada xüsusi nəzarətdə olan, heç bir vəzifə səlahiyyəti olmayan ancaq ürəyi xalqı ilə döyünən Ulu Öndərimiz Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq yanvar ayının 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək orada xalqımıza qarşı yabançı siyasəti tənqid etməsindən, həmçinin Azərbaycan hökumətinin yüksək vəzifə sahiblərini öz xalqına qarşı etinasızlıqda günahlandırmasından bəhs etmiş, Ümummilli lider Heydər Əliyevin 20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə , onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşmasından söhbət açmışlar. Bu gün Şəhidlər Xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksinin də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərimizə ehtiram əlaməti olaraq inşa olunması, həmçinin Heydər Əliyevin 17 yanvar 2000-ci il tarixdə imzaladığı Fərmanla 20 yanvar faciəsi zamanı şəhid olmuş oğul və qızlarımıza “20 yanvar şəhidləri” fəxri adının verilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Keçidlər