Ağdamda 2 fevral “Gənclər Günü” ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib
1 fevral 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və YAP Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə 2 fevral “Gənclər Günü” ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, qazilər, rayonun gənc fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə etmişlər. Ağdam Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev və digər natiqlər əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafında böyük rol oynadığından, Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Ali Baş Komandan cənab İlham Əliyevin həmin prinsiplərə sadiq qalaraq Azərbaycan gəncliyinin dünya səviyyəsində tanınmasına nail olmasından, ölkə gəncliyinin 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandannın Dəmir Yumruğu ətrafında birləşərək torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulmalarından geniş bəhs etmişlər. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən və Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş bir qrup gəncə Ağdam Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı və üzvlük vəsiqələri təqdim edilib.