Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda 2 fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib

31 yanvar 2024 | 15:05

31 yanvar 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində 2 fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Allahverən Əliyev, aparatın əməkdaşları, Ağdam rayonu üzrə Gənclər və İdman sektorunun nümayəndələri, qazilər və rayonun gənc fəalları iştirak ediblər. Ağdam Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev və digər natiqlər Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilməsindən, Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycanın dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilməsindən, 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazmalarından bəhs etmişlər. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc fəxri fərmanla təltif edilib.

Keçidlər