Ağdamda "17 iyun-Tibb işçilərinin peşə bayramı günü" qeyd edilib
18 iyun 2022 | 09:15
Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində "17 iyun-Tibb işçilərinin peşə bayramı günü" nə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, səhiyyə işçiləri iştirak etmişlər.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tədbirdə çıxış edərək ölkə prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda həyata keçirilən səhiyyə sahəsindəki islahatlardan, tibb işçilərinin 44 günlük Vətən müharibəsində və pandemiya dövründəki fədakarlıqlarından danışmışdır.
Tədbirin sonunda rayon əhalisinə göstərdikləri nümunəvi tibbi xidmətlərə görə bir qrup səhiyyə işçisi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edilmişdir.