Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda "17 iyun-Tibb işçilərinin peşə bayramı günü" nə həsr edilmiş tədbir keçirilib

16 iyun 2023 | 17:44

16 iyun 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində "17 iyun-Tibb işçilərinin peşə bayramı günü" nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, səhiyyə işçiləri, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi ziyarət edilmiş, önünə tər gül dəstələri düzülmüşdür.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Ümumilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tədbirdə çıxış edərək ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar nəticəsində milli səhiyyə sistemimizin sürətlə müasirləşməsindən, vətəndaşlarımızın dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanmasından və tibb işçilərinin fədakar əməyindən bəhs etmişlər.
Tədbirin sonunda rayon əhalisinə göstərdikləri nümunəvi tibbi xidmətlərə görə bir qrup səhiyyə işçisi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edilmişdir.

Keçidlər