Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda 15 sentyabr Bilik Günü yeni inşa edilmiş məktəb binasının açılış mərasimi baş tutub

15 sentyabr 2023 | 14:04
15 sentyabr 2023-cü il tarixdə Ağdam rayonunun Mahrızlı kəndində yeni inşa edilmiş məktəb binasının açılış mərasimi baş tutub. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Ağdam Rayon Təhsil sektorunun müdiri Tahir Abbasov, Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, valideynlər iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini və Rahib Məmmədovun məktəbin həyətində yerləşən büstünü ziyarət etmiş, önünə tər gül dəstələri düzərək ruhlarına ehtiramlarını bildirmişlər.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimdə çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər məktəbin müəllim və şagird kollektivini dərs ilinin başlaması münasibətilə təbrik etmiş, yeni tədris ilində onlara uğurlar arzulamışlar.
Həmçinin tədbir iştirakçıarının diqqətinə çatdırılıb ki, 320 şagird yerlik Rahib Nəmmədov adına Mahrızlı kənd tam orta məktəbinin yeni binası ölkə başçısı cənab İlham Əliyevin 04 avqust 2021-ci il tarixli sərəncamı ilə Elm və Təhsil Nazirliyi tərəfindən inşa edilib. Məktəb binasının tikintisi bu ilin sentyabr ayında başa çatdırılıb. Ən müasir avadanlıqlarla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şəraitə malikdir.
Açılış rəmzini bildirən lent kəsildikdən sonra RİH başçısı və qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olub, sinif otaqlarına və fənn kabinetlərinə baxış keçiriblər. Yeni tikilmiş ikimərtəbəli məktəb binasının birinci mərtəbəsində direktor və qəbul otağı, təlim tərbiyə işləri üzrə direktor müavini otağı, tədris işləri üzrə direktor müavini otağı, idman zalı, yeməkxana, tibb otağı, qarderob, sanitar qovşaqlar, kimya kabineti və laboratoriyası, texnologiya kabineti ( qız və oğlanlar üçün ayrı-ayrı), informatika kabineti, biologiya kabineti, məktəbǝhazırlıq qrupu otağı və 6 adǝd sinif otağı olmaqla ümumilikdə 17, ikinci mərtəbəsində isə fizika kabineti və laboratoriyası, informatika kabineti, hərbi hazırlıq sanitar qovşaqlar, kitabxana, akt zalı, müəllimlər otağı və 9-u sinif otağı olmaqla ümumilkdə 15 otaq yerləşir.
Tədbirin sonunda müəllimlər və valideynlər təhsilə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildimişlər.
Keçidlər