Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “15 İyun- Milli Qurtuluş Günü” nə həsr olunmuş tədbir keçirilib

14 iyun 2022 | 16:05

Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “15 İyun- Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldımış abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Tədbirdə çıxış edən natiqlər Ulu Öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, dövlətçiliyin möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən geniş söhbət açmış, o dövrdə mövcud olmuş gərgin siyasi prosseslərdən bəhs etmişlər. Həmçinin qeyd edilmişdir ki, Ulu Öndər Heydər Əliyev siyasi iradəsi və uzaqgörənliyi sayəsində Azərbaycan Respublikası zamanın sınaqlarından məharətlə çıxmış və bugün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionun ən güclü dövlətinə çevrilmişdir. Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilmişdir.

Keçidlər