Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda 15 İyun-Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib

13 iyun 2023 | 17:24

13 iyun 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində 15 İyun-Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları iştirak etmişlər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi ziyarət edilmiş, önünə tər gül dəstələri düzülmüşdür. Daha sonra  Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə RİH başçısı Vaqif Həsənov və digər natiqlər çıxış edərək Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra istər daxili, istərsə də xarici siyasətdə  mühüm yeniliklərin baş verməsindən, Ümummilli liderin kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsindən, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasından bəhs etmişlər.

Keçidlər