Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda 12 noyabr Konstitusiya Gününə həsr edilmiş dəyirmi masa təşkil olunub

12 noyabr 2022 | 14:38
12 noyabr 2022-ci il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin və YAP Ağdam rayon təşkilatının birgə təşkilatçılğı ilə Konstitusiya Gününə həsr edilmiş dəyirmi masa təşkil olunub. Tədbirdə RİH başçısının birinci müavini Allahverən Əliyev, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə rəhbərləri, qazilər və ziyalılar iştirak etmişlər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edənlər dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlardan, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasından və qəbulundan geniş bəhs etmişlər .
Keçidlər