Ağdamda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
31 may 2024-cü il tarixdə Ağdam Muğam Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon Təhsil sektorunun müdiri Tahir Abbasov, rayonun ümumtəhsil məktəblərində təhsil alan şəhid və qazilərin, aztəminatlı ailələrin övladları və təhsil aldıqları məktəblərdə yüksək nailiyyət göstərmiş şagirdlər iştirak etmişlər. Əvvəlcə RİH başçısı Vaqif Həsənov gənc rəssamların əl işlərindən ibarət rəsm əsərlərinə baxış keçirmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir. Çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər uşaqların bayramını təbrik edərək ölkəmizdə uşaqlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilməsindən, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmasından, həmin siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etmişlər. Tədbirin gedişində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə hazırlanmış videoçarx, Ağdam Dövlət Dram Teatrının aktyorları tərəfindən müxtəlif səhnəciklər, Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının, Gülablı kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin, Şəmsi Bayramov adına Xındırıstan kənd Uşaq Musiqi Məktəbinin Xor kollektivinin ifasında müxtəlif musiqi nömrələri və kompozisiyalar tədbir iştirakçılarına təqdim edilmişdir. Tədbirin sonunda təhsildə yüksək naliyyətlər əldə etmiş bir qrup şagird RİH başçısı Vaqif Həsənov tərəfindən fəxri fərmanla təltif edilmişlər.