Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Üçoğlan kəndindən “Eşq-Abdal” ziyarətgahına gedən hissəsində əsaslı təmir işləri aparılır
21 may 2024 | 18:56
Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Üçoğlan kəndindən “Eşq-Abdal” ziyarətgahına gedən hissəsində əsaslı təmir işləri aparılır. 21 may 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov təmir işləri ilə yerində tanış olmuş, icraçılara müvafiq tövsiyələrini vermişdir. Qeyd edək ki, uzunluğu 2.5 km məsafə olan yolda hamarlama və bərkidilmə işləri yekunlaşdıqdan sonra asfalt örtüyü döşənəcəkdir.