Ağdam rayonunda “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamının 1.1.6.2-ci bəndinin (“İnvestorların problem və çətinliklərini həll etmək üçün mütəmadi dövlət–biznes dialoqu çərçivəsinin qurulması”) icrası ilə əlaqədar tədbir keçirilib
Ağdam rayonunda “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamının 1.1.6.2-ci bəndinin (“İnvestorların problem və çətinliklərini həll etmək üçün mütəmadi dövlət–biznes dialoqu çərçivəsinin qurulması”) icrası ilə əlaqədar tədbir keçirilib.
Tədbir İqtisadiyyat Nazirliyinin tabeliyində olan Kiçik və Orta Biznesin Dostu və regionlarla iş departamentinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional koordinatorluğunun KOB Dostu, Ağdam Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə 28 iyul 2026-cı il tarixində keçirilib.
Görüşdə Ağdam rayonunda fəaliyyət göstərən sahibkarlarla dövlət–biznes münasibətlərinin daha da inkişaf etdirilməsi, sahibkarların qarşılaşdıqları problem və çətinliklərin operativ şəkildə müəyyənləşdirilməsi və həlli, həmçinin bu istiqamətdə mütəmadi dövlət–biznes dialoqu çərçivəsinin qurulması məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində sahibkarların təklif və müraciətləri dinlənilib, onları maraqlandıran məsələlərlə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən müvafiq izahatlar verilib və problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşün əsas məqsədi sahibkarlarla dövlət qurumları arasında səmərəli və davamlı əməkdaşlıq mexanizminin formalaşdırılması, biznes subyektlərinin üzləşdiyi çətinliklərin həllinə dəstəyin göstərilməsi və əlverişli biznes mühitinin daha da inkişaf etdirilməsidir.






