Ağdam rayonunda Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən tikilmiş kitabxananın açılış mərasimi olub
18 avqust 2022-ci il tarixdə Ağdam rayonunun Sarıcalı kəndində Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Təhsil proqramı layihəsi əsasında tikilən kitabxananın açılış mərasimi olub. Mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil idarəsinin Ağdam rayon sektorunun müdiri Tahir Abbasov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Təhsil proqramı üzrə koordinatoru Carla Cover, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə alt nümayəndəliyinin rəhbərinin müşaviri Xudaverdi Rzayev, Beynəlxalq Qızıl Xaç Komitəsinin Təhsil proqramı üzrə yerli nümayəndələri, kitabsevərlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov kitabxananın ərsəyə gəlməsində əməyi olan hər bir kəsə öz təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, həmin kitabxananın kitab fondu ərazidə yaşayan əhalinin maarifləndirilməsində mühim rol oynayacaqdır.