Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda 5 oktyabr - “Beynəlxalq Müəllimlər Günü” qeyd edilib

05 oktyabr 2022 | 17:15
5 oktyabr 2022-ci il tarixdə 5 oktyabr - “Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə Ağdam rayonunda tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Qarabağ Regional Təhsil İdarəsinin Ağdam Rayon Təhsil Sektorunun müdiri Tahir Abbasov və rayonun təhsil müəssisələrində çalışan qabaqcıl təhsil işçiləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının azadlığı və müstəqilliyi uğrunda canından keçərək şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Giriş sözü ilə çıxış edən RİH başçısı Vaqif Həsənov “5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə təhsil işçilərini təbrik edərək onlara şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda bir qrup təhsil işçisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.
Keçidlər