Ağdam rayon Zəngişalı kənd tam orta məktəbində “narkomaniyaya qarşı mübarizə”, “erkən nikah və onun mənfi nəticələri” və “dini radikalizmlə mübarizə” mövzularında tədbir keçirilib
13 yanvar 2023 | 18:04
13 yanvar 2023-cü il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin və Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Ağdam rayon Zəngişalı kənd tam orta məktəbində “narkomaniyaya qarşı mübarizə”, “erkən nikah və onun mənfi nəticələri” və “dini radikalizmlə mübarizə” mövzularında məktəbin müəllim və şagird heyətinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Cəmil Əzimov və digərləri qeyd olunan mövzular barəsində ətraflı çıxışlar edərək tədbir iştirakçıları tərəfindən verilən sualları cavablandırmışlar.