Ağdam rayon Statistika İdarəsinin rəisi Xosrov İsmayılovun 65 illik yubileyi qeyd edilib
26 noyabr 2025 | 17:40
26 noyabr 2025-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon Statistika İdarəsinin rəisi Xosrov İsmayılovun 65 illik yubileyi qeyd edilib. Yubiley mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Yubilyara Ağdam Rayon İcra Hakimiyyətinin və YAP Ağdam Rayon Təşkilatının fəxri fərmanları, qiymətli hədiyyələr təqdim edilib.






