Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşı Vətən müharibəsi qazisini müalicə aldığı xəstəxanada ziyarət edib

26 yanvar 2023 | 16:56

26 yanvar 2023-cü il tarixdə Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov Vətən müharibəsi qazisi Qurbanlı Məhəbbət Məhərrəm oğlunu müalicə aldığı Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ziyarət etmiş, onun səhəti ilə maraqlanmışdır. Qeyd edək ki, Qurbanlı Məhəbbət Məhərrəm oğlu vəzifə səlahiyyətlərini yerinə yetirən zaman Füzuli rayonu ərazisində tank əleyhinə minaya düşmüş, aldığı xəsarətlərdən sağ ayağı həmin vaxt, sol ayağı isə 25 yanvar 2023-cü il tarixdə amputasiya edilmişdir. Qurbanlı Məhəbbət Məhərrəm oğlu Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, Zəngilanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər