Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi qazisini ziyarət edib
22 fevral 2023 | 22:13
22 fevral 2023-cü il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov uzun müddətdir ki, Türkiyə Respublikasında müalicə alan Çullu kənd sakini, Vətən müharibəsi qazisi İsmayılov Bəxtiyar Etibar oğlunu evində ziyarət etmiş, onun səhəti və ailəsinin sosial vəziyyəti ilə maraqlanmışdır. Qeyd edək ki, Bəxtiyar İsmayılov 02.10.2020-ci il tarixdə Ağdam rayonu Sarıcalı kəndi istiqamətində yaralanmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Ağdamın azad olunmasına görə” və “Cəsur döyüşcü” medalları ilə təltif olunmuşdur.