Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun qazilərlə növbəti görüşü keçirilib
13 sentyabr 2022 | 17:08
13 sentyabr 2022-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun rayonun Qaradağlı kəndində qazilərlə növbəti görüşü keçirilib. Görüşdə qazilərin qarşılaşdıqları problemlər və onların həlli mexanizmləri geniş müzakirə edilib. Çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bu kimi görüşlərin cənab Prezident İlham Əliyevin Vətən müharibəsi iştirakçılarına olan diqqət və qayğısından irəli gəldiyini vurğulayıb. RİH başçısı qeyd edib ki, qazilərin üzləşdiyi hər-hansı çətinliyin aradan qaldırılması bu gün dövlət orqanlarının qarşısında duran ən vacib məsələlərdəndir. Görüşdə həmçinin Vətən müharibəsi qazisi, rayonun Şükürağalı kənd sakini Usubov Rail Qüdrət oğlunun doğum günü qeyd edilib.
Görüşün sonunda qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.