Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun aprel ayı üçün nəzərdə tutulan növbəti səyyar qəbul-görüşü Sabunçu rayonu, Kürdəxanı köçkün qəsəbəsində keçirilib

21 aprel 2023 | 08:19
20 aprel 2023-cü il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı köçkün qəsəbəsində səyyar qəbul-görüşü keçirilib. Qəbuldan əvvəl RİH başçısı Vaqif Həsənov qəsəbədə inşa edilmiş Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirə lövhəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhlarına ehtiramını bildirmişdir. Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmiş, hazırda Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində aparılan yenidənqurma işləri barədə qəbul iştirakçılarını məlumatlandırmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.
Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Görüşdən sonra RİH başçısı qəsəbədə məskunlaşmış iki şəhid anası Qiraət Məhərrəmovanı yaşadığı mənzildə ziyarət etmiş, onun qayğıları ilə maraqlanmışdır.
Keçidlər