Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi veteranını qəbul edib

14 noyabr 2025 | 12:53
14 noyabr 2025-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi veteranı Quliyev Saleh Yurik oğlunu qəbul edərək onun qayğıları və səhhəti ilə maraqlanıb. Saleh Quliyev şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Saleh Quliyev Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi Vətən müharibəsində iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Şücayətə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.
Keçidlər