Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi şəhidinin anım mərasimində iştirak edib
29 sentyabr 2022 | 10:00
28 sentyabr 2022-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi şəhidi Qərib Nəsib oğlu Balacayevin anım mərasimində iştirak edib.
RİH başçısı şəhidin Beyləqan rayonunda müvəqqəti məskunlaşmış ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Qərib Balacayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli rayonu ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, sentyabrın 28-də Beyləqan rayonunun Təzəkənd kəndində dəfn olunmuşdur.
Vətən müharibəsi şəhidi Qərib Balacayev ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.