Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib
08 noyabr 2024 | 20:29
08.11.2024-cü il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi şəhidi Tural Xudiyevin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Tural Xudiyev Vətən müharibəsi zamanı Kəlbəcərin, Suqovuşanın, Ağdərənin, Hadrutun, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərib. Noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olmuş və Ağdam rayonunun Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Tural Xudiyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən III dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda" , "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.