Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi şəhidinin ailə üzvlərini ziyarət edib
RİH başçısı rayonun Bənövşələr köçkün qəsəbəsində məskunlaşan Vətən müharibəsi şəhidi Əmirov Adəm Elçin oğlunun ailə üzvlərini ziyarət etmiş, onların problemləri ilə maraqlanmışdır. RİH başçısı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə əlaqə saxlamış, şəhidin ailə üzvlərinin yaşadığı evin təmir olunması ilə bağlı razılıq əldə etmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev öz növbəsində şəhidin atası ilə şəxsən əlaqə saxlayaraq evin qısa müddətdə təmir olunacağını bildirmişdir. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Komitə sədrinə və RİH başçısına öz minnətdarlıqlarını bildiriblər.