Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi qazisini evində ziyarət edib

08 fevral 2023 | 17:38
08 fevral 2023-cü il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və aparatın əməkdaşları Vətən müharibəsi qazisi Qurbanlı Məhəbbət Məhərrəm oğlunu evində ziyarət etmiş, onun səhhəti ilə maraqlanmışlar.
Qeyd edək ki, Qurbanlı Məhəbbət Məhərrəm oğlu vəzifə səlahiyyətlərini yerinə yetirən zaman Füzuli rayonu ərazisində tank əleyhinə minaya düşmüş, aldığı xəsarətlərdən sağ ayağı həmin vaxt, sol ayağı isə 25 yanvar 2023-cü il tarixdə amputasiya edilmişdir. Qurbanlı Məhəbbət Məhərrəm oğlu Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, Zəngilanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
 
 
 
 
 
Keçidlər